Azərbaycanlı sabiq futbolçu ilk döyüşündə uduzdu

  • 30 May 2020 10:56
  • 82

Ukrayna millisinin əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev ilk boks döyüşünü keçirib.

Corner.az-ın məlumatına görə, keçmiş yarımmüdafiəçinin rəqibi ukraynalı aktyor və model Nikita Vakulyuk olub. Vakulyuk xal hesabı ilə qalib gəlib.

3 raunddan ibarət görüş "Döyüş" şousu çərçivəsində təşkil olunub. Burada məşhurlar boks qaydaları ilə döyüşlər keçirirlər.

Qeyd edək ki, 35 yaşlı Aleksandr Əliyev "Dinamo Kiyev"in heyətində ikiqat Ukrayna çempionu və ölkə kubokunun qalibi olub. O, futbolçu karyerasını 20016-cı ildə başa vurub. (report)