Ukraynada futbol hakimi döyüldü

  • 16 İyul 2020 12:43
  • 51

Ukrayna I Liqasında "Aqrobiznes" və "Minay" komandaları arasında keçirilmiş 24-cü tur matçının baş hakimi Yuri İvanov fiziki təzyiqə məruz qalıb. 

Corner.az-ın məlumatına görə, İvanov qarşılaşmanın ardından hakimlər otağında döyülüb. Faktla əlaqədar hüquq-mühafizə orqanları çəkilişlər edib, araşdırmalara başlayıblar. 

Qeyd edək ki, referi "Aqrobiznes"in oyunçularına 8 sarı vərəqə göstərib və bu komandanın qapısına penalti təyin edib. Oyun "Minay"ın son dəqiqə qolları sayəsində qələbəsi ilə yekunlaşıb - 2:0. İkinci qolu əslən azərbaycanlı hücumçu Anatoli Nuriyev vurub.(report)


SON YÜKLƏNƏNLƏR

Atletiko Xamesi istəyir

5 Avqust 2020 18:56

İvanoviçin yeni klubu

5 Avqust 2020 17:19

Millimizin baş məşqçisindən Qurban bayramı təbriki - FOTO

DAVAMI