Sameduya 8 il qadağa qoyuldu

  • 19 İyul 2020 14:02
  • 96

Bu mövsüm “Olimpiakos”la Yunanıstan çempionu olan Ruben Samedu bir sıra cinayətdə ittiham edilir.

Corner.az “Levante El Mercantil Valenciano”a istinadən xəbər verir ki, 26 yaşlı portuqaliyalı qanunsuz silah-saxlama, adam oğurluğu, hədə-qorğu gəlmə və oğurluq etməkdə təqsirli bilinir.

Valensiya məhkəməsinin çıxardığı qərara görə, o, “Vilyarrealda”oynadığı vaxtda, 2018-ci ildə iki nəfərə əlbir olaraq ona 5 min avro borcu olan bir şəxsi zorla evinə gətirib. Bu zaman tapança ilə həmin şəxsi ölümlə hədələyib, onun cibindən mənzilinin açarını götürüb və evindəki saat kolleksiyasından oğurluq edib. Bu hərəkətinə görə Samedu barəsində 5 il azadlıqdan məhrumetmə və 46 min avro cərimə cəzası çıxarılıb. Amma portuqaliyalı oyunçu həbs cəzasından qaça bilib. Çünki onun İspaniyaya girişinə 8 il müddətinə qadağa qoyulub.

Samedu həmin hadisədən sonra məhkəmə qərarı ilə 5 ay həbsdə olub. Amma sonradan 30 min avro girov müqabilində azadlığa buraxılıb.(qol)


SON YÜKLƏNƏNLƏR

Atletiko Xamesi istəyir

5 Avqust 2020 18:56

İvanoviçin yeni klubu

5 Avqust 2020 17:19

Millimizin baş məşqçisindən Qurban bayramı təbriki - FOTO

DAVAMI