Məşhur tennisçinin qızı klub sahibi oldu

  • 22 İyul 2020 13:25
  • 70

Tennis üzrə "Böyük Dəbilqə" seriyalı 23 turnirin qalibi Serena Uilyams ailəsi ilə birgə Milli Qadın Futbol Liqasında yeni klubun sahiblərindən birinə çevrilib. 

Corner.az-ın "Sports Illustrated"ə istinadən məlumatına görə, kluba ABŞ idmançısının əri və 2 yaşlı qızı Olimpiya da yiyələnib. Uilyams ailəsindən əlavə, aktrisalar Yeva Lonqoriya, Natali Portman, Cennifer Qarner və Cessika Çesteyn, qadın futbolçular Mia Hamm və Ebbi Vambax da komandaya sahib çıxıb. Ümumilikdə isə klubun sahibləri siyahısında 30 nəfər yer alıb. 

Liqadan bildirilib ki, Los Ancelesi təmsil edəcək klubun 2022-ci ildə iştirakçılar siyahısına əlavə olunması planlaşdırılır. Hazırda liqada 11 komanda var. (report)


SON YÜKLƏNƏNLƏR

Atletiko Xamesi istəyir

5 Avqust 2020 18:56

İvanoviçin yeni klubu

5 Avqust 2020 17:19

Millimizin baş məşqçisindən Qurban bayramı təbriki - FOTO

DAVAMI