Xavi koronavirusa yoluxdu

  • 25 İyul 2020 15:07
  • 27

"Barselona"nın sabiq futbolçusu olan, hazırda "Əl-Sədd"in (Qətər) baş məşqçisi işləyən Xavi Ernandes koronavirusa yoluxub. 

Corner.az xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis sosial şəbəkə hesablarında məlumat yayıb. O, bunları yazıb: "Bir neçə gün öncə COVİD-19 testi verdim və nəticə müsbət çıxdı. Özümü yaxşı hiss edirəm. Amma qaydalara uyğun olaraq tam sağalanadək təcrid olunacağam. Həkimlər icazə verdikdən sonra ayağa qalxıb, tam istəyimlə çalışacağamHamını qucaqlayıram. Tezliklə futbol meydanlarında görüşənədək".

Qeyd edək ki, X.Ernandes 2015-ci ildən "Əl-Sədd"i çalışdırır


SON YÜKLƏNƏNLƏR

Atletiko Xamesi istəyir

5 Avqust 2020 18:56

İvanoviçin yeni klubu

5 Avqust 2020 17:19

Millimizin baş məşqçisindən Qurban bayramı təbriki - FOTO

DAVAMI