De Bruyne menecerini həbs etdirdi

  • 29 Avqust 2020 13:08
  • 100

“Mançester Siti”nin futbolçusu Kevin de Bruynenin meneceri Patrik de Koster Belçikada həbs olunub.

Corner.az "Daily Mail"ə istinadən xəbər verir ki, ona qarşı cinayət işinin açılmasının təşəbbüskarı məhz 29 yaşlı futbolçu olub. Menecer ötən il çirkli pulların yuyulması üzrə başlanan istintaq çərçivəsində bu ay tutulub.

Məlumata görə, Bruyne 2013-2014-cü illərdə “Volfsburq”da çıxış etdiyi vaxt baş verən maliyyə problemləri ilə əlaqədar menecerini günahkar hesab edir. Bildirilir ki, o, futboçunun vergi ödəmələrini qanuni qaydada yerinə yetirməyib.(qol)

SON YÜKLƏNƏNLƏR

Lester'dən Trabzonspor'a

25 Sentyabr 2020 22:27

Məşhur futbolçunun bacılarını döydülər

DAVAMI