Velosipedçilərimiz uzun fasilədən sonra Türkiyədə yarışlara qatılır

  • 1 Sentyabr 2020 14:52
  • 47

Azərbaycanın şose velosipedi üzrə Elit və U-23 yığma komandalarının üzvləri uzun fasilədən sonra beynəlxalq yarışlarda iştirak edəcəklər. 

Corner.az-ın məlumatına görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Şahin Eyvazov, Nəcəf Bağırov, Mahmud Məmmədov və Ayan Xankişiyeva Türkiyədə təşkil ediləcək 1.2 kateqoriyalı 6 yarışda mübarizə aparacaqlar. 

3 sentyabr. “Grand Prix Develi” / 1.2
4 sentyabr. “Grand Prix Cappadocia” / 1.2
5 sentyabr. “Grand Prix Mount Erciyes” / 1.2
6 sentyabr. “Grand Prix World's Best High Altitude” / 1.2
14 sentyabr. “Grand Prix Velo Erciyes” / 1.2
15 sentyabr. “Grand Prix Central Anatolia” / 1.2


SON YÜKLƏNƏNLƏR

Lester'dən Trabzonspor'a

25 Sentyabr 2020 22:27

Məşhur futbolçunun bacılarını döydülər

DAVAMI