Neftçi və Kəpəz'in veteran futbolçusu vəfat edib

  • 3 Sentyabr 2020 17:45
  • 80

"Neftçi" və "Kəpəz" klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib. 

Corner.az xəbər verir ki, bu barədə  "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. Mustafayevin sözlərinə görə, sabiq yarımmüdafiəçi 58 yaşında vəfat edib. O, səhər saatlarında yaşadığı evdə ölü vəziyyətində aşkarlanıb. 

Qeyd edək ki, Arzu Mirzəyev 1979 - 1983-cü illərdə "Kəpəz"də, 1984 - 1991-ci illərdə “Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra "Kəpəz" və Gədəbəyin "Narzan komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki "Təhsil "İdman Mərkəzində məşqçi işləyib.(report)


SON YÜKLƏNƏNLƏR

Lill'dən inamlı qələbə

26 Sentyabr 2020 09:47

PSJ-də yeni qapıçı

26 Sentyabr 2020 09:44

İnter'dən Sampdoriya'ya

26 Sentyabr 2020 09:42

Lester'dən Trabzonspor'a

25 Sentyabr 2020 22:27

Məşhur futbolçunun bacılarını döydülər

DAVAMI