Futbol yığmaları bu il 36 şübhəli matçda iştirak edib

  • 4 Sentyabr 2020 10:32
  • 68

Futbol üzrə milli komandaların 2020-il əvvəllərindən bəri keçirdikləri şübhəli matçların sayı açıqlanıb. 

Corner.az "The Times" nəşrinə istinadən istinadən xəbər verir ki, kişilərdən ibarət yığmalarda 36 oyunun şübhəli olduğu müəyyənləşdirilib. İstintaq bukmeyker kontorlarındakı mərclər əsasında aparılıb. 

Habelə potensial qayda pozuntuları da üzə çıxıb. Onların arasında buraxılmış toy sayında oyunçuların, sarı vərəqə miqdarında isə hakimlərin alınması öncüllük təşkil edir. 

Belə matçların iki il ərzində iki dəfədən çox artdığı bildirilib. Qadın futbolundakı şübhəli görüşlərdə isə azalma baş verib. 

Qeyd edək ki, Azərbaycan millisi son matçını 2019-cu il noyabrın 19-da səfərdə Slovakiyaya qarşı keçirib. AVRO-2020-nin son seçmə oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. (report)


SON YÜKLƏNƏNLƏR

Lester'dən Trabzonspor'a

25 Sentyabr 2020 22:27

Məşhur futbolçunun bacılarını döydülər

DAVAMI