Nitsa'nın futbolçusunun evi soyuldu, avtomobili oğurlandı

  • 13 Sentyabr 2020 14:50
  • 49

"Nitsa" klubu və Danimarka millisinin futbolçusu Dolberq Kasperin “Porsche” markalı avtomobili oğurlanıb və evi soyulub.

Corner.az-ın L'Equipe" nəşrinə istinadən məlumatına görə, oğurluq 22 yaşlı hücumçu milli komandanın düşərgəsində olduğu vaxt baş verib.

Futbolçunun avtomobili Nitsa aeroportuna yerləşdirilib. Oğrular onun evinə maşında qoyub getdiyi cihazın sayəsində girməyi bacarıblar. Cinayətkarlar 2 min avro və bir neçə mobil telefon oğurlayıblar. Faktla bağlı araşdırmalara başlanılıb. 

Qeyd edək ki, Kasper Dolberqin 2019-cu ildə 70 min avroluq saatı oğurlanıb. Sonradan onun komanda yoldaşlarından biri oğurluq etdiyini boynuna alıb. (report)