Velosipedçimiz Türkiyədə üçüncü yeri tutdu

  • 15 Sentyabr 2020 12:15
  • 38

Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının üzvü Elçin Əsədov Türkiyədə keçirilmiş 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında üçüncü olub.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, “Bahrain Cycling Academy” kontinental komandasının heyətində mübarizə aparan Əsədov birgünlük yarışda 3-cü nəticə göstərib. Velosipedçi 176 km məsafəni 4 saat 11 dəqiqə 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.

Yarışa baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qatılan yığmanın digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb. O, 78 velosipedçi arasında 18-ci ola bilib.(report)