Ramil Quliyev: Qarabağ Azərbaycandır

  • 1 Oktyabr 2020 15:10
  • 48

"Biz azərbaycanlılar 30 ildir ki, torpaqlarımızın geri qaytarılması həsrəti ilə yaşayırıq. İndi isə ən təbii özünümüdafiə haqqımızdan istifadə edərək torpaqlarımızı işğaldan azad etməliyik". 

Corner.az "Fotomac"a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan atlet Ramil Quliyev cəbhə bölgəsində baş verənlərlə bağlı danışarkən deyib. 

30 yaşlı idmançı bildirib ki, bu, haqq mübarizəsidir: "Bu yol haqq yoludur. İnanıram ki, yolun sonunda ölkəmiz zəfər qazanacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə - Azərbaycan". 

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçışda 2017-ci ildə dünya, 2018-ci ildə isə Avropa çempionu olub. 


SON YÜKLƏNƏNLƏR

Qarabağ Makkabi'yə uduzdu

23 Oktyabr 2020 01:05

Çelsi Kepa'dan narazıdır

22 Oktyabr 2020 20:54

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

DAVAMI