Dadaşovun komandasının oyunu yarımçıq dayandırıldı

  • 1 Oktyabr 2020 16:00
  • 45

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubunun Milli Futbol Liqasının (USL) XV turunda "San-Dieqo Loyal"la səfər oyunu yarımçıq dayandırılıb.

Corner.az xəbər verir ki, birinci hissənin əsas vaxtına əlavə olunmuş 8-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Kollin Martin qırmızı vərəqə aldığı üçün komandalar ikinci hissədə meydana çıxamayıblar.

Görüşün homofobiya söhbətinə görə dayandırıldığı bildirilib. Hələlik oyun və komanda ilə bağlı hansı qərarın veriləcəyi bilinmir. İlk hissədən sonra hesab "San-Dieqo Loyal" komandasının xeyirinə olub - 3:1.

Qeyd edək ki, Rüfət Dadaşov bu matçda meydana start heyətində çıxmayıb. 29 yaşlı hücumçunun aktivində 11 qol var.


SON YÜKLƏNƏNLƏR

Qarabağ Makkabi'yə uduzdu

23 Oktyabr 2020 01:05

Çelsi Kepa'dan narazıdır

22 Oktyabr 2020 20:54

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

DAVAMI