Millimizin futbolçusu 3 il həbs oluna bilər

  • 6 Oktyabr 2020 10:12
  • 84

Azərbaycan millisinin və "Albasete" klubunun futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxacaq.

Corner.az "futbolbalear.es" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Eybar"da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur.

İsrafilovla yanaşı, sözügedən oyunçular barədə də qərar veriləcək. Günahları sübuta yetirilərsə, Enriç və Luna 5 il, İsrafilov isə 3 il müddətinə azadlıqdan məhrum oluna bilərlər. Onlar eyni zamanda zərərçəkmişə təzminat da ödəməli olacaqlar.

San-Sebastyan cinayət məhkəməsinin iclası oktyabrın 14-də olacaq.

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir.(report)


SON YÜKLƏNƏNLƏR

Qarabağ Makkabi'yə uduzdu

23 Oktyabr 2020 01:05

Çelsi Kepa'dan narazıdır

22 Oktyabr 2020 20:54

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

DAVAMI