Ronaldonun villası qarət olundu

  • 8 Oktyabr 2020 16:58
  • 69

 "Yuventus"un futbolçusu Kriştiano Ronaldo xoşagəlməz hadisə ilə üzləşib.

Corner.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun Madeyra şəhərindəki villası qarət olunub.

Hadisə Portuqaliya və İspaniya yığmaları arasında qolsuz yekunlaşan yoldaşlıq oyunu zamanı baş verib. Naməlum şəxsin qarajdan evə daxil olması təhlükəsizlik kameralarına düşüb. Hələlik oğurlanan əşyaların siyahısı və dəymiş zərərin miqdarı açıqlanmayıb. Lakin 35 yaşlı futbolçunun imzalı oyun forması da daxil olmaqla, şəxsi əşyalarının götürüldüyü məlum olub.

Qeyd edək ki, Kriştiano Ronaldonun Madeyradakı mülkünün dəyəri 7 milyon funt sterlinqdir.


SON YÜKLƏNƏNLƏR

Qarabağ Makkabi'yə uduzdu

23 Oktyabr 2020 01:05

Çelsi Kepa'dan narazıdır

22 Oktyabr 2020 20:54

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

DAVAMI