Lüis Hemilton koronavirusa yoluxdu

  • 1 Dekabr 2020 08:48
  • 73

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" pilotu Lüis Hemilton koronavirusa yoluxub.

Corner.az yarışın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 35 yaşlı sürücünün testinin nəticəsi müsbət çıxıb.

Hemilton bu səbəbdən həftəsonu keçiriləcək Bəhreyndə keçiriləcək Qran-prini buraxacaq.

Qeyd edək ki, Lüis Hemilton karyerasında 7-ci dünya çempionluğunu rəsmiləşdirib.