Əfsanəvi italiyalı futbolçu vəfat etdi

  • 10 Dekabr 2020 06:54
  • 123

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Paolo Rossi vəfat edib.

Corner.az  "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, keçmiş hücumçu 64 yaşında dünyasını dəyişib.

Onun ölümünə ağciyər xərçəngi səbəb olub.

Qeyd edək ki, Paolo Rossi 1982-ci ildə İtaliya yığması ilə dünya çempionu olub. Mundialın ən yaxşı oyunçusu seçilən italiyalı forvard həmin il "Qızıl Top" mükafatını da qazanıb.