Maradona'nın cəsədindən DNT testi götürüləcək

  • 17 Dekabr 2020 09:39
  • 89

Argentina məhkəməsi əfsanəvi futbolçu Dieqo Maradonanın cəsədindən DNT testi üçün nümunə götürülməsinə qərar verib.

Corner.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Rəsmi məlumatlara görə, keçmiş argentinalı oyunçununun 5 övladı var. Ancaq daha 6 nəfər  Maradonanın da onların atası olduğunu sübut etməyə çalışırlar. Buna görə də Maradonanın cəsədindən DNT testi üçün istifadə olunacaq.

Qeyd edək ki, əfsanəvi oyunçu noyabrın 25-i ürək tutmasından dünyasını dəyişib.