Cənubi Koreyalı futbolçu fərari elan olundu

  • 18 Dekabr 2020 20:24
  • 101

Cənubi Koreya yığmasının və “Trua” klubunun hücumçusu Suk Hyun-Jun fərari elan olunub.
 
Corner.az xəbər verir ki, cənubi koreyalı futbolçunun adı ölkəsinin açıqladığı 256 nəfərlik fərari arasında yer alıb. Onlar hərbi xidmətdən yayınmaqda ittiham olunur.
 
Qeyd edək ki, Cənubi Koreyada əsgərlik məcburidir. 21-34 yaş aralığında hər bir kəs məcburi hərbi xidmət keçməlidir. Suk Hyun-Jun da bu ilin aprel ayına qədər əsgərliyə yollanmalı olsa da, bunu həyata keçirməyib. Ölkəsinə yollanmaqdan imtina edən futbolçu bu üzdən fərari elan edilib. 29 yaşlı futbolçu nə vaxtsa Cənubi Koreyaya getsə, polis tərəfindən həbs olunacaq və məhkəmə qarşısına çıxarılacaq.
 
Cənubi Koreya yığmasında da oynamış Suk Hyun-Jun karyerası ərzində “Ayaks”, “Qroningen”, “Maritimo”, “Əl-Əhli”, “Nasional”, “Vitoriya Setubal”, “Portu”, “Trabzonspor”, “Debretsen”, “Reyms” klublarında da çıxış edib.