Millinin sabiq üzvü 37 yaşında vəfat etdi

  • 25 Dekabr 2020 12:52
  • 106

Belarus millisinin və “Dinamo” (Minsk) klubunun sabiq hücumçusu Maksim Tsiqalka vəfat edib.
 
Corner.az xəbər verir ki, keçmiş futbolçu 37 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

 
Qeyd edək ki, karyerasına “Dinamo”da başlayan mərhum futbolçu xroniki zədəyə görə 26 yaşında futbolla vidalaşmışdı.