Tayson döyüşməyə hazır olduğunu bildirib

  • 1 Yanvar 2021 21:24
  • 81

Amerika boksçusu Mayk Tayson təkbətək döyüşlər keçirməyə davam edəcəyini təsdiqləyib.

Corner.az xəbər verir ki, bu barədə “TalkSport” idmançının İnstaqram hesabındakı birbaşa yayımından sitat gətirib.

54 yaşlı Tayson bildirib ki, o, başqa boks veteranlarının çıxışa hazırlığından təsirlənib. O, qeyd edib ki, 2021-ci ildə yenidən döyüşəcək. Boksçunun sözlərinə görə, "o, bu dəfə daha yaxşı görünəcək".

Qeyd edək ki, Tayson rinqə noyabrda qayıdıb. Onun boks üzrə digər sabiq dünya çempionu Roy Consla təkbətək döyüşü heç-heçə qurtarıb. Hər iki boksçu bu halda döyüşün nəticələrini qəbul etməkdən imtina edib.

Əlavə edək ki, Tayson ötən il aprelin sonunda xeyriyyə yarışlarına görə peşəkar rinqə qayıtmaq arzusunu bildirib. Amerikalı idmançı 2005-ci ildən döyüşlər keçirmirdi.


SON YÜKLƏNƏNLƏR

Arsenal'dan əzmkar qələbə

18 Yanvar 2021 22:58

Milan'dan inamlı qələbə

18 Yanvar 2021 22:44

Bavariya hücumçusunu itirdi

18 Yanvar 2021 19:15

Messi PSJ-yə keçəcək?

18 Yanvar 2021 16:24

Morqan De Sanktis avtomobil qəzası keçirdi

DAVAMI