Moyka işçisi futbolçunun Ferrarisi ilə qəza törətdi - VİDEO+FOTOLAR

  • 14 Yanvar 2021 14:42
  • 152

"Cenoa"nın qapıçısı Federiko Marketti xoşagəlməz halla üzləşib.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, 300 min avroluq  Ferrari 812 Superfast markalı avtomobilinin yuyulması üçün avtoyumaya aparıb, özü isə məşqə gedib. Avtomobil yuyulduqdan sonra işçilərdən biri onu Cenoa İdman Mərkəzinə aparmağa qərar verib.

Lakin həmin şəxs yolda idarəetməni itirib, enmə dayanacağına çırpılıb və parkovkada olan beş maşına toqquşub. Nəticədə 300 minlik Ferrari ciddi ziyan görüb.(qol)




SON YÜKLƏNƏNLƏR

Azərbaycan atleti finala yüksəldi

DAVAMI