Yığmamız 11 aydan sonra məşqlərə başladı

  • 18 Yanvar 2021 08:43
  • 53

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyi oyunlar üçün hazırlıq prosesinə start verib.

Federasiyanın Mətbuat xidmətindən verilən məlumata görə, məşq Bakı İdman Sarayında gerçəkləşir.

Joze Alesio Da Silvanın baş məşqçilik etdiyi komanda 11 aydan sonra məşqləri bərpa edib.

Qeyd edək ki, Slovakiya ilə oyun yanvarın 29-da Bakıda, Yunanıstanla görüş isə fevralın 2-də Afinada olacaq.


SON YÜKLƏNƏNLƏR

Azərbaycan atleti finala yüksəldi

DAVAMI