Porye Konor Makqreqoru nokauta saldı

  • 24 Yanvar 2021 09:06
  • 114

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüş başa çatıb.

Corner.az xəbər verir ki, Əbu-Dabidə keçirilən döyüşdə Dastin Porye qələbə qazanıb.

Döyüş ikinci raundda texniki nokautla qurtarıb.

Bu, Makqreqorla Porenin ikinci qarşılaşmasıdır. Onlar altı il əvvəl də döyüşüblər, həmin vaxt irlandiyalı qələbə qalib gəlib.

Makqreqor UFC-də 22 dəfə qələbə qazanıb, 5 dəfə məğlub olub. Porye 27 döyüşdən qalib ayrılıb, 6 dəfə məğlubiyyətlə üzləşib.

Daha əvvəl bildirilib ki, karyerasını başa vurmuş Həbib Nurməhəmmədov Makqreqor-Porye döyüşünün qalibi ilə qarşılaşa bilər


SON YÜKLƏNƏNLƏR

Everton'da yeni müqavilə

24 Fevral 2021 21:31

Millimizin üzvü Fransa klubu ilə müqavilə bağladı

DAVAMI