Millimiz səfərdə Yunanıstanı məğlub etdi

- 2 Fevral 2021 18:45
- 56
Futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirib.
Corner.az-ın məlumatına görə, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın kollektivi səfərdə Yunanıstanın qonağı olub. Afinadakı Daiss İdman Sarayında oynanılmış görüş millimizin qələbəsi ilə başa çatıb - 3:0.
İlk iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Vassura, daha sonra Eduardo Borges fərqlənib. Oyunda son nöqtəni isə 26-cı dəqiqədə Ramiz Çovdarov vurub.
Bu nəticədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Hələ xalı olmayan Yunanıstan isə sonuncudur.
Avropa çempionatı
Seçmə mərhələ, 3-cü qrup
20:00. Yunanıstan - Azərbaycan - 0:3
Qollar: Vassura, 2, Eduardo Borges, 2. Ramiz Çovdarov, 26
Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland)
Afina, Daiss İdman Sarayı.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3. Martın 4-də Azərbaycan Moldovanı, Slovakiya Yunanıstanı qəbul edəcək.