Milli komandaların oyununda baş hakim huşunu itirdi

  • 31 Mart 2021 15:27
  • 38

Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən Fil Dişi Sahili - Efiopiya matçında xoşagəlməz hadisə yaşanıb.
 
Corner.az xəbər verir ki, Abican şəhərində keçirilən matçın baş hakimi Çarlz Bulunun səhhətində problem yaranıb.
 
Belə ki, 34 yaşlı referi matçın 81-ci dəqiqəsində huşunu itirərək yerə yıxılıb. Çarlz meydanı xərəkdə tərk edib və xəstəxanaya aparılıb.
 
Ehtiyat hakim Fil Dişi Sahilini təmsil etdiyi üçün oyun davam etdirilməyib. Nəticədə görüş vaxtından əvvəl meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.



SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI