UEFA azarkeşlərlə bağlı məhdudiyyəti ləğv etdi

  • 31 Mart 2021 15:48
  • 61

UEFA pandemiya dövründə azarkeşlərin stadionlara buraxılması ilə bağlı məhdudiyyəti ləğv edib.

Corner.az-ın məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında verilib. Bu ilin iyununda məhdudiyyət aradan qaldırılacaq.

Yeni qaydalara əsasən, görüşlərdə tamaşaçı sayı barədə qərar yerli hökumət tərəfindən qəbul olunacaq.

Qeyd edək ki, UEFA ötən ilin oktyabrında stadionlarda maksimum tamaşaçı sayının arenanın ümumi tutumunun 30 faizi həcmində olmasına qərar vermişdi.


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI