Albaniya çempionatının oyununda kütləvi dava - VİDEO

  • 3 Aprel 2021 11:10
  • 26

Futbol üzrə Albaniyanın U-19 liqasının "Football Republic" - "Teuta" matçında kütləvi dava düşüb.

Corner.az "Panoramasport"a istinadən xəbər verir ki, münaqişəyə oyunu izləyən azarkeşlər də qarışıblar.

İnsidentlə bağlı qərarları açıqlayan İntizam Komitəsi meydan sahiblərinə texniki məğlubiyyət verib, klubun hesabından 20 xal silinib. "Football Republic" çempionatdakı qalan matçlarını neytral meydanda və tamaşaçısız keçiriəcək. Həmçinin komandanın 7 futbolçusu 8 oyunluq diskvalifikasiya olunub.

Qonaqlardan isə 2 futbolçu cəza səbəbindən qarşıdakı 6 görüşü buraxmalı olacaq.(report)


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI