UEFA irqçilikdə günahlandırılan futbolçunu diskvalifikasiya etdi

  • 6 Aprel 2021 16:47
  • 47

UEFA Çexiyanın "Slaviya" (Praqa)nın futbolçusu Ondrjey Kudelanı cəzalandırıb.

Corner.az-ın məlumatına görə, irqçilikdə ittiham olunan 34 yaşlı müdafiəçi araşdırmalar davam etdiyi üçün "Arsenal" ilə Avropa Liqasının (AL) 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.

Praqa təmsilçisinin səfərdə Şotlandiya "Reyncers"ini 2:0 hesabı ilə məğlub etdiyi AL-in 1/8 final mərhələsinin cavab matçındakı insidentlə bağlı təcrübəli oyunçu barəsində intizam işi açılıb. İddiaya görə, Kudela oyun vaxtı rəqib komandanın yarımmüdafiəçisi Qlen Kamaraya qarşı irqçi ifadələr işlədib. Nəticədə 34 yaşlı arxa xətt oyunçusu final fitindən sonra tuneldə məhz Kamara tərəfindən döyülüb.

Qeyd edək ki, "Arsenal" - "Slaviya" matçı aprelin 8-də keçiriləcək.