İsveçrədə telekanal əməkdaşı futbolçunu təhqir etdi

  • 7 Aprel 2021 07:14
  • 29

İsveçrə Super Liqasının 27-ci turunun "Bazel" - "Vaduts" matçındakı irqçilik qalmaqalının təfərrüatları açıqlanıb.

Corner.az xəbər verir ki, oyun vaxtı meydan sahiblərinin hücumçusu Aldo Kalulunu mikrofon vasitəsilə təhqir edənin kimliyi məlum olub.

Araşdırmalar nəticəsində həmin şəxsin görüşü canlı yayımlayan SRG telekanalının texniki işçisi olduğu üzə çıxıb. Telekanal dərhal əməkdaşı ilə müqaviləyə xitam verib.

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.(report)


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI