Koronavirusa yoluxan futbolçu karantin qaydalarını pozdu, qəzaya düşdü

  • 7 Aprel 2021 13:35
  • 27

Braziliyanın "Palmeyras" klubunun futbolçusu Luis Adriano koronavirusa yoluxub.

Corner.az-ın məlumatına görə, bu barədə 34 yaşlı hücumçunun özü instaqram hesabı vasitəsilə açıqlama verib.

O, aprelin 1-də testinin müsbət çıxdığını bildirib: "Hazırda xəstəliyin əlamətləri yoxdur. Ancaq özümü təcrid etmək məcburiyyətində qaldım. Bu qaydaya məhəl qoymadım və aprelin 5-də anamı götürmək üçün supermarketə getdim. Lakin avtomobildən düşmədim. Hər zaman tibbi maska taxıram".

Adriano avtodayanacaqda velosipedçi ilə toqquşaraq qəzaya düşdüyünü vurğulayıb: "Evdən çıxmamalı idim, səhv etdiyimi anlayıram".


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI