Bilirdik ki, oyun çətin keçəcək - Millimizin baş məşqçisi

  • 8 Aprel 2021 19:37
  • 45

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirilmiş oyunu şərh edib.

Corner.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları söyləyib:

“Bura gələndə bilirdik ki, oyun çətin keçəcək. Çünki rəqibimiz ancaq qələbə qazanmaq üçün mübarizə aparacaqdı. Bizim isə 4 əsas oyunçumuz bu görüşdə iştirak etmirdi. Ramiz Çovdarovun da yüngül zədəsi var idi. Ona görə də, taktiki planda dəyişikliklər etdik, müdafiədə oynadıq. Meydandakı nizam-intizam da çox vacib idi. Fikrimcə, yaxşı nəticə qazandıq. Bunun üçün də yaxşı hazırlaşmışdıq. Uşaqlar ancaq qələbə qazanmaq üçün mübarizə aparırdılar. Demək olar, tapşırıqlarımı yerinə yetirdilər. Qazandığımız 1 xal sayəsində birinci pilləni təmin etdik”.