Şəhid Rafət Qulamov xatirəsinə turnir keçirildi - FOTOLAR

  • 11 Aprel 2021 17:59
  • 218

Azərbaycan Əsəd Döyüş Növləri Mərkəzi (AFC) 9 apreldə  Şəhid Rafət Qulamov xatirəsinə həsr olunmuş Peşəkar Turnir keçirib.

Corner.az xəbər verir ki, turnirdə Göygöl Rayon İrəvan İdman Klubunun 12 idmançısı da öz güclərini sınayıb.

Onlardan Əli Əsədov, Elçin Quliyev, Şahin Əliyev, Mirdamət Seyidov, Amin Məmmədov, Turxan Verdiyev turnirin qalibi olub.Sözügedən idmançılar diplom və medalarla təltif ediliblər.

Əkbər Süleymanov, Ceyhun Rzayev, Nihat İmanov, Kamal Rzayev isə bu yarışı ikinci yerlə başa vurub.

Bu münasibətlə Klub rəhbərliyi idmançıları və onların baş məşqçilərini təbrik edib.