De Rossi koronavirusdan sağaldı

  • 27 Aprel 2021 11:06
  • 38

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançininin köməkçisi kimi çalışan Daniele De Rossi koronavirusa qalib gəlib.

Corner.az xəbər verir ki, bu barədə 37 yaşlı mütəxəssisin həyat yoldaşı Sara Felberbaum şəxsi “İnstagram” hesabında paylaşım edib. O, Rossinin koronavirusdan sağaldığını deyib.

De Rossidə aprelin 10-da koronavirus aşkarlanmışdı.