Real'ın futbolçusu seçkilərə görə Londona aparılmayacaq

  • 28 Aprel 2021 14:47
  • 50

"Real"ın futbolçusu Marselo "Çelsi"yə qarşı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununu buraxacaq.

Corner.az "El Mundo" nəşrinə istinadən xəbər verir ki, buna 32 yaşlı müdafiəçinin mayın 4-də "kral klubu"nda keçiriləcək prezident seçkisində nəzarətçi təyin olunmasıdır.

Düzdür, cavab matçı seçkidən bir gün sonra oynanılacaq. Amma pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinə görə Marselonun ölkəni tərk etməsi mümkün olmayacaq.

Qeyd edək ki, "Çelsi" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.