Floyd Meyvezer rinqə qayıdır

  • 28 Aprel 2021 15:06
  • 41

Boks üzrə beş ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer yenidən rinqə qayıdır.

Corner.az xəbər verir ki, 44 yaşlı idmançı Pol Loqanla qarşılaşacaq. Xüsusi təşkil olunan döyüş iyunun 6-da, Mayamidəki “Hard Rock” stadionunun rinqində keçiriləcək.

Pol Loqan boksçu, videobloqer, şoumen və aktyordur.

Meyvezer sonuncu dəfə 2018-ci ildə yaponiyalı Tensin Nasukava ilə döyüşmüş və ilk raundda nokautla qələbə qazanmışdı. Floyd karyerası ərzində çıxdığı 50 döyüşü qazanıb.