Hakimi təhqir edən baş məşqçi 21 oyunluq cəzalandı!

  • 29 Aprel 2021 14:14
  • 40

Portuqaliyanın “Portu” klubunun baş məşqçisi Serjio Konseysao cəzalanıb.

Corner.az xəbər verir ki, Portuqaliya Premyer Liqasının 29-cu turunun “Moreyrense” ilə matçında baş hakimi təhqir edən portuqaliyalı mütəxəssis 21 oyunluq diskvalifikasiya olunub. 46 yaşlı mütəxəssis bundan əlavə, 10 min avro də cərimə ödəyəcək.

Qeyd edək ki, “Moreyrense” – “Portu” matçı 1:1 hesabıyla bitib.