Milli komandanın sabiq kapitanı vəfat etdi

  • 30 Aprel 2021 17:50
  • 47

Çin milli komandasının sabiq futbolçusu Çjan Enuha dünyasını dəyişib.

Corner.az xəbər verir ki, keçmiş müdafiəçi 48 yaşında vəfat edib. Bu barədə Enuhanın ailə üzvləri məlumat veriblər. Sabiq futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Çjan Çin yığmasında 67 oyunda 6 qol vurub. O, milli komandanın kapitanı olub.