Yuventus'un sabiq futbolçusu karyerasını bitirdi

  • 9 May 2021 12:04
  • 77

“Yuventus”un sabiq futbolçusu Ruben Olivera karyerasını başa vurub.

Corner.az xəbər verir ki, bu barədə 38 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. Uruqvaylı futbolçu, ürəyində problem olduğu üçün futbolçu karyerasına yekun vurduğunu bildirib.

Qeyd edək ki, Ruben karyerası ərzində “Yuventus”, “Cenoa”, “Fiorentina”, “Leççe”, “Latina”, “Breşiya”, “Sampdoriya”, İspaniyada “Atletiko”, Uruqvayda “Penyarol” kimi klublarda çıxış edib.

Rubenin son klubu İtaliyada “Rasinq Aprilia” olub.