Azərbaycan triatlonçusu Avropa Kubokunun qalibi oldu

  • 7 İyun 2021 08:33
  • 40

Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Ukraynanın Dnipro şəhərində təşkil olunan sprint üzrə Avropa Kuboku yarışlarında qızıl medal qazanıb.

Corner.az xəbər verir ki, o, 16 ölkədən 39 triatlonçunun mübarizə apardığı yarışı 51 dəqiqə 20 saniyəlik nəticə ilə başa vurub.

750 metrlik su məsafəsini 9 dəqiqə 23 saniyəyə qət edən idmançı ardınca 20 kilometrlik velodistansiyanı 25 dəqiqə 47 saniyəyə başa vurub. Pevtsov yarışların sonuncu mərhələsini - 5 kilometrlik qaçış zolağını isə 14 dəqiqə 58 saniyə nəticə ilə tamamlayıb.

Azərbaycanın qadın triatlonçusu Kseniya Levkovskaya isə bu il beynəlxalq arenada ikinci mükafatını əldə edib. İdmançı Şarm əl-Şeyxdə keçirilən Açıq Afrika Kuboku yarışlarında bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan triatlonçuları Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iki il ərzində təsnifat yarışlarında iştirak edir və lisenziya xalları toplayırlar.