Azərbaycan cüdoçusundan DÇ-də bürünc medal

  • 7 İyun 2021 10:31
  • 39

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Corner.az xəbər verir ki, nüfuzlu yarışda 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz iranlı Məhəmməd Raşnonzadə, Moldova təmsilçisi Nikolae Foca, Yaponiya idmançısı Ryuju Nagayamadan üstün olaraq 1/4 finala yüksəlib.

Fransız Valid Xyara məğlub olan Kəramət təsəlliverici görüşdə Monqolustan təmsilçisi Unubold Lxagvajamtsa qalib gələrək bürünc medal uğrunda mübarizə aparıb. Qazaxıstan cüdoçusu Şamşadin Mağjxanı məğlub edən Kəramət Hüseynov dünya çempionatını üçüncü pillədə başa vurub və komandamıza ilk medalı qazandırıb.

Bu gün tatamiyə çıxan diğər 3 cüdoçumuz – Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq) ilk mərhələdə uduzublar.

Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.