Orxan Səfərov da DÇ-nı medalsız başa vurdu

  • 7 İyun 2021 22:42
  • 48

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatı davam edir.

Corner.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulub.

Kişilərin yarışında Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) tatami üzərinə çıxıb. Gültac yarışa uğurla start versə də, ikinci görüşündən məğlub ayrılaraq mübarizəni dayandırıb. Nicat isə elə debütdəcə uduzub.

Orxan Səfərov yarımfinala qədər uğurlu çıxış edib. Bu mərhələdə onun rəqibi 2019-cu ildə dünya çempionu adını qazanmış Yoşiro Maruyama olub. Təəssüf ki, idmançımız bu dueldən məğlub ayrılıb. Bürünc medal uğrunda rusiyalı Yaqub Şamilovla qarşılaş Orxan bu görüşdə də uduzduğundan, 5-ci yerlə kifayətlənib.

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Kəramət Hüseynov (60 kq) bürünc medal qazanmışdı.