Milli komandanın keçmiş kapitanı vəfat etdi

  • 8 İyun 2021 11:29
  • 46

Futbol üzrə Cənubi Koreya milli komandasının sabiq futbolçusu Yu San Tsxol vəfat edib.

Corner.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 50 yaşında ölüb. Bu barədə Cənubi Koreya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Mərhum futbolçu xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Tsxol Cənubi Koreya millisində 124 oyunda 18 qol vurmuşdu. Keçmiş yarımmüdafiəçi yığmada bir müddət kapitanlıq sarğısını daşıyıb.