Omar Momani Türkiyənin Bakıda keçirəcəyi oyunlarla bağlı karikatura çəkdi - FOTO

  • 8 İyun 2021 21:05
  • 78

Məşhur karikaturaçı Omar Momani Türkiyə millisinin AÇ-2020-nin A qrupunda Bakıda keçirəcəyi oyunlarla bağlı rəsm çəkib.

Corner.az-ın məlumatına görə, iordaniyalı rəssam Xəzər dənizinin sahilində yerləşən Qız qalasını və Alov qüllələrini təsvir edib.

Rəsmə isə bu sözlər yazılıb: "Görəsən, qardaşlar Türkiyə millisinə özlərini evdəki kimi hiss etdirə biləcək"?

Qeyd edək ki, "ay-ulduzlular" Avropa çempionatında ilk oyununu iyunun 11-də səfərdə İtaliyaya qarşı keçirəcək. Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.