Daha bir güləşçimiz Polşada medal qazandı

  • 9 İyun 2021 20:08
  • 43

Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində bürünc medal görüşünə çıxıb.

Corner.az-ın məlumatına görə, 74 kq-da mübarizə aparan idmançı yerli güləşçi Kamil Ribiçki ilə qarşılaşıb.

Rəqibinə 9:1 hesabı ilə qalib gələn Hacıyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb.