AÇ-2020: Paraşütlə meydana daxil oldu, azarkeşlərə xəsarət yetirdi -VİDEO

  • 16 İyun 2021 11:21
  • 64

Fransa və Almaniya milli komandaları arasında Münhendə keçirilən Avropa çempionatı oyunu başlamazdan əvvəl azarkeşlərdən biri paraşütlə meydana enib.

Corner.az-ın UEFA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində fanatlardan bir neçəsi xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.

Paraşütün üzərində ətraf mühitin çirklənməsinə qarşı şüar yazılmışdı. Həmin şəxs meydana düşdükdən sonra təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qarşılaşma Fransanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.