Şəhriyar Məmmədyarov: Bu, mənim üçün qazandığım ən güclü turnir idi

  • 17 İyun 2021 12:58
  • 48

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirinin qalibi olub.

Corner.az xəbər verir ki, 36 yaşlı qrossmeyster bununla bağlı “feysbuk” hesabında paylaşım edib:

“Əziz dostlar, bildiyiniz kimi “GRAND CHESS TOUR” turnirinin qalibi oldum. Bu, mənim üçün qazandığım ən güclü turnir idi. Bildiyiniz kimi, turnirdə top onluqdan 7 şahmatçı iştirak edirdi. Bu zamana qədər Azərbaycan şahmat tarixində bu kimi dairəvi turnirin qalibi olmayıb. Mənə turnir ərəfəsində və sonra dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Ümid edirəm ki, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyatı qurumlar da sevinir, təbrik almamağıma baxmayaraq”.