Rafael Nadal Uimbldon və Tokio-2020-də iştirak etməyəcək

  • 17 İyun 2021 17:08
  • 30

İspaniyalı məşhur tennisçi Rafael Nadal Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Corner.az xəbər verir ki, bu barədə 35 yaşlı idmançı şəxsi sosial şəbəkə hesabından yazıb.

Məşhur tennisçi bildirib ki, olimpiada ilə yanaşı, bu il "Uimbldon" turnirinə də qatılmayacaq: "Bu qərarı vermək çətindir. Amma öz orqanizmimi dinlədim və komanda ilə hər şeyi müzakirə etdim. Bunun doğru qərar olacağını anladım. Karyeramı uzatmaq və məni bu qədər sevindirən işi davam etdirmək istəyirəm. Ən yüksək səviyyədə çıxış etmək və büyük turnirlərdə hədəflərə çatmaq niyyətindəyəm".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.