Qarabağ'ın yeni transferi Legiya'dan xanımına görə ayrılıb

  • 17 İyul 2021 14:50
  • 65

"Qarabağ"ın yeni transferi Marko Veşoviçin Polşa "Legiya"sından ayrılmasının səbəbi bəlli olub.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, monteneqrolu müdafiəçi həyat yoldaşı Tamara Veşoviçin sosial şəbəkə hesabından etdiyi paylaşıma görə Varşava təmsilçisi ilə vidalaşıb.

30 yaşlı cinah oyunçusu ötən mövsümün əvvəlində dizindən ciddi zədə alıb. Nəticədə o, yalnız çempionatın son turunun oyununda meydana çıxıb. Ərinin zədəli olduğu müddətdə "Legiya"nın ona qarşı münasibətindən narazı qalan xanım instaqramda "Ən yaxşı futbolçunuz zədələnir və siz onu əlil arabasında tək qoyursunuz" yazıb.

İddiaya görə, Veşoviçlə müqaviləni yeniləməyə hazırlaşan "Legiya" futbolçunun həyat yoldaşının sözügedən paylaşımından sonra qərarını dəyişib.

Qeyd edək ki, Marko Veşoviç "Qarabağ"la 2 illik sözləşməyə imza atıb.(report)