İki güləşçimiz Fransada dördüncü oldu

  • 18 İyul 2021 21:39
  • 27

Fransada keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsinə yekun vurulub.

Corner.az xəbər verir ki, yarışda ölkəmizi 3 güləşçi təmsil edib.

Təmsilçilərimiz qrup mərhələsini uğurla adlayıb. Mahal Novruzov (70 kq) 1/4 finalda türkiyəli Safa Aksoya (3:2) qalib gəlsə də, onunla eyni çəkidə çıxış edən Rübail İbrahimli gürcü Levan Kelexsaşviliyə məğlub olub – 0:3. Novruzov yarımfinalda rumıniyalı George Bukura (1:3), 3-cü yer uğurunda görüşdə isə ukraynalı Oleksey Borutaya (2:3) uduzub.

Qrup mərhələsində dizindən zədələnən Orxan Abasov (90 kq) yarımfinalda türk Mahmut Özkaya ilə bacarmayıb – 0:2. Həmyerlimiz bürünc medal görüşündə isə ukraynalı Aleksey Yakovçuka yenilib – 3:2.

Beləliklə, həm Mahal, həm də Orxan turniri 4-cü pillədə başa vurub.

Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.